Ceyhun Bayramov ilə Hakan Fidan arasında telefon d...
19:42 27.06.2026
0
0
0
NAXÇIVAN :
28 Iyun 2026, Bazar
“Müasir Azərbaycanın xilaskarı və qurucusu Ümummilli Lider Heydər Əliyev” mövzusunda tədbir keçirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətində 15 İyun – Milli Qurtuluş Gününə həsr edilmiş “Müasir Azərbaycanın xilaskarı və qurucusu Ümummilli Lider Heydər Əliyev” mövzusunda tədbir keçirilib.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən tədbirdə öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.
"Şərq qapısı"xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova tədbiri giriş sözü ilə açaraq bildirib ki, 1993-cü ilin iyun ayında Ulu Öndər Heydər Əliyev müstəqilliyimizin ən ağır vaxtlarında Azərbaycanı nicat yoluna çıxararaq onun hərtərəfli inkişafını təmin edib. Bu tarixi gün hər il xalqımız tərəfindən böyük sevinclə qarşılanır, qürurla qeyd olunur.
Qeyd edilib ki, müasir, müstəqil Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevin mənalı ömür yolunun hər anı, hər səhifəsi unudulmaz tarixdir. Xalqımız var olduqca onun yaddaşında Ümummilli Lider əbədi var olacaq, Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı müstəsna xidmətləri daim hörmətlə anılacaqdır.
Ümummilli Lider Heydər Əliyevin silahdaşı, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Nazim Bayramov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova çıxış edərək bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin müasir tariximizin son dərəcə ağır və mürəkkəb dövründə Moskvadan doğma Naxçıvana qayıdışı dövlətçiliyimizi məhv olmaqdan xilas etdi. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətçiliyimizin möhkəmlənməsində və xalqımızın strateji mənafelərini təmin edən müasir cəmiyyətin qurulmasında həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına "Milli Qurtuluş Günü" kimi həkk olundu.
Sonra ağsaqqal ziyalı Miryusif Seyidov Ulu Öndər Heydər Əliyevə həsr edilmiş şeirlərini səsləndirib.
Tədbirin davamında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş “Müasir Azərbaycanın memarı və qurucusu Ümummilli Lider Heydər Əliyev” mövzusunda qısametrajlı film nümayiş olunub.
Digər xəbərlər