NAXÇIVAN :

27 Avqust 2026, Cümə axşamı

Naxçıvan şahmatçısı beynəlxalq turnirdə uğur qazanıb

...

17-23 avqust 2026-cı il tarixlərdə Türkiyənin Kapadokya şəhərində keçirilən II beynəlxalq Kapadokya açıq şahmat turniri təmsilçimiz üçün uğurla başa çatıb. 
"Şərq qapısı" xəbər verir ki, yarışda 24 ölkədən, ümumilikdə, 924 idmançı mübarizə aparıb. Naxçıvan Şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi, ustalığa namizəd dərəcəli Mirsaleh Seyidli turnirdə yüksək bacarıq göstərərək “B” qrupunun qalibi olub.

Nəşr edilib : 27.08.2026 13:08