Naxçıvan Muxtar Respublikasında 23 noyabra gözləni...
23:45 22.11.2024
0
0
0
"Şərq qapısı" xəbər verir ki, Türkiyənin Bitlis şəhərində 1-ci Beynəlxalq Şahmat Festivalı keçirilib. Festivalda 10 ölkədən 400 zəka sahibi mübarizə aparıb ki, onlar arasında naxçıvanlı zəka sahibləri də olub.
A qrupunda yarışan zəka sahiblərimizdən beynəlxalq qrossmeyster Urfan Sevdimalıyev və Beynəlxalq usta Pərviz Qasımov 3-8-ci yerləri bölüşüblər. Qadın FIDE ustası Nəsrin Babayeva qadınlar arasında bürünc medal qazanıb.
B qrupunda mübarizə aparan Şərur şahmatçısı Xatun Nəcəfova eyni uğuru təkrarlayıb və 3-cü olub.
Yaş kateqoriyalarında çıxış edən zəka sahiblərimiz də uğurlu nəticələrlə əldə ediblər. Belə ki, 8 yaşlı şahmatçılar arasında Uğur Qəribli və 10 yaşlı şahmatçılar arasında Xanım Rzayeva festivalda 3-cü olublar.
10 yaşlı şahmatçılar arasında Yasin Əzimov Malatyadakı uğurunu təkrarlayaraq çempion adını qazanıb. Eyni uğuru 12 yaşlı şahmatçılar arasında Lətif Muradlı da təkrarlayıb.
Sonda zəka sahiblərimiz təşkilatçılar tərəfindən kubok, medal və pul mükafatı ilə mükafatlandırılıblar.
Qeyd edək ki, A qrupunda mübarizə aparan Mirsaleh Seyidli turnirə 39-cu sırada başlamasına baxmayaraq, sonda 19-cu olub. O bununla Beynəlxalq Əmsalını +77 vahid artıraraq 2000 əmsalını keçib və ustalığa namizəd (CM) adını qazanıb.
Digər xəbərlər