NAXÇIVAN :

02 Iyun 2025, Bazar ertəsi

Naxçıvan-Şahbuz magistral yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib

...

"Şərq qapısı" xəbər verir ki, hadisə magistral yolun Babək rayon Uzunoba kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, 75-BD-090 dövlət nömrə nişanlı "VAZ 2103" markalı avtomobillə 67-BH-202 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobil toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta ağırdır.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 26.05.2025 18:42