NAXÇIVAN :

24 Yanvar 2025, Cümə

Naxçıvan Sağlamlıq Mərkəzinə yeni avadanlıqlar alınıb

...

Naxçıvan Sağlamlıq Mərkəzinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində  mühüm addımlar atılıb. Müasir standartlara cavab verən yeni avadanlıqlar və tibbi ləvazimatlar mərkəzin fəaliyyətinə əlavə effektivlik qazandıracaq. Bu yenilik tibb işçilərinin daha dəqiq xəstələrə yüksəkkeyfiyyətli xidmət göstərməsinə imkan yaradacaq.
Yeni alınan avadanlıqlar arasında reanimasiya xəstə çarpayısı, xəstəyuma xərəyi və xəstə daşıyıcı kran xəstələrin təhlükəsiz və rahat daşınmasını təmin etmək üçün əlavə olunub. Qeyd edək ki, bu avadanlıqlar səhiyyə xidmətinin keyfiyyətini daha da artırmağa yönəlib və reanimasiya sahəsində tibbi personalın işini daha da asanlaşdıracaq.

Nəşr edilib : 23.01.2025 19:57