NAXÇIVAN :

02 May 2026, Şənbə

Naxçıvan Muxtar Respublikasının yüksək dağlıq ərazilərinə qar yağmağa davam edir

...

"Şərq qapısı" xəbər verir ki, muxtar respublika ərazisində qeyri-sabit hava şəraiti davam edir.
 Dekabrın 8-i saat 12:00-a olan məlumata əsasən muxtar respublika ərazisində yağıntılı hava şəraiti davam edir. Bəzi dağlıq ərazilərdə sulu qar və qar yağır, duman müşahidə olunur.
Dekabrın 7-si və 8-də düşən yağıntının miqdarı 
Naxçıvan şəhərində 8, Şahbuzda 9, Küküdə (Şahbuz) 20, Biçənəkdə (Şahbuz) 7, Şərurda 12, Axurada (Şərur) 7, Ordubadda 7, Parağaçayda (Ordubad) 17, Culfada 4, Kəngərlidə 11, Sədərəkdə isə 18 mm olub.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzinin verdiyi məlumata əsasən Şahbuz, Culfa və Ordubad rayonlarının yüksək dağlıq ərazilərinə qar yağır.
Ordubadın yüksək dağlıq ərazilərində (3000 m) qarın hündürlüyü 9 sm-i keçib.

Nəşr edilib : 08.12.2025 13:34