NAXÇIVAN :

27 Iyun 2026, Şənbə

Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi 20 faizdən çox artıb

...

Cari ilin yanvar-may aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 58 milyon 772 min 670 ABŞ dolları olub.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, ticarət dövriyyəsinin 5 milyon 850 min 410 dollarını və ya 10,0 faizini ixrac olunmuş məhsulların, 52 milyon 922 min 260 dollarını və ya 90,0 faizini isə idxal məhsullarının dəyəri təşkil edib.  2025-ci ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 20,3 faiz, o cümlədən idxal 20,0 faiz, ixrac isə 23,3  faiz artıb.

Nəşr edilib : 11.06.2026 12:41