NAXÇIVAN :

17 May 2025, Şənbə

Naxçıvan Muxtar Respublikasının vergi orqanlarına işə qəbul imtahanı keçirilib

...

Bu gün  Dövlət İmtahan Mərkəzi  tərəfindən Naxçıvan Muxtar Respublikasının vergi orqanlarına işə qəbul imtahanı keçirilib. “Şərq qapısı” xəbər verir ki, Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbdə keçirilən imtahanda, ümumilikdə, 227 nəfər iştirak edib.  İmtahanın idarə olunmasına 3 imtahan rəhbəri, 24 nəzarətçi cəlb olunub.

Qeyd edək ki, imtahan saat 10:00-da başlanıb və 3 saat davam edib.

Nəşr edilib : 17.05.2025 13:00