NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin 4 məzunu prezident təqaüdünə layiq görülüb

...

Ölkə Prezidenti cənab İlham Əliyev “2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Sərəncam imzalayıb. 
Prezident təqaüdünə layiq görülənlərdən  4-ü Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin məzunlarıdır. Belə ki, Culfa Şəhər 3 nömrəli tam orta məktəbin məzunu  İsmayıllı Kənan Mehman oğlu, Ordubad Rayon Gənzə kənd tam orta məktəbinin məzunu  Rzayev Yaqub Aqil oğlu, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin məzunu Əbilov Ziya Namiq oğlu və Naxçıvan Şəhər 5 nömrəli tam orta məktəbin məzunu Qənbərova İnci Rauf qızı prezident təqaüdünə layiq görülüb.


Ətraflı: https://president.az/az/articles/view/67020

Nəşr edilib : 06.10.2024 15:34