İran-Azərbaycan sərhədində PUA zərərsizləşdirilib...
09:54 24.01.2026
0
0
0
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) "Davamlı və iqlimə dayanıqlı gələcəyin qurulmasında qadınların rolunun artırılması" mövzusunda Qadınlar Forumu Laçın şəhərində keçirilir. Forumun əsas məqsədi qadınların insan inkişafının bütün sahələrində imkanlarının artırılması üçün İƏT ölkələri arasında əməkdaşlığı təşviq etmək, eləcə də İƏT regionu boyunca dayanıqlı, inklüziv və davamlı cəmiyyətlərin formalaşmasında qadınların rolunu vurğulamaq və gücləndirməkdir.
Ən yaxşı və ortaq təcrübələrə əsaslanan bu tədbir qadınların cəmiyyətin bütün sahələrinə verdiyi töhfəni dərk edərək İƏT üzv dövlətlərində qadınların iqtisadi və sosial inkişafda rolunu gücləndirməyi və tanıtmağı hədəfləyir.
Qeyd edək ki, forumda Naxçıvan Muxtar Respublikasının nümayəndə heyəti – Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərov, Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Fərid Bağırzadə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin rəsmi mətbuat orqanı olan "Şərq qapısı" qəzetinin baş redaktoru Sara Əzimova da iştirak edir.
Digər xəbərlər