Prezident İlham Əliyevin sosial media hesablarında...
18:14 11.07.2026
0
0
0
İyulun 12-də 110/35/10 kV-luq Xalçaçılıq yarımstansiyasında aparılan yenidənqurma işləri ilə əlaqədar 1, 9, 13, 16, 19, 25, 33 və Xalçaçılıq 10 kV-luq hava elektrik verilişi xətlərində elektrik enerjisinin təchizatı müvəqqəti dayandırılacaq.
“Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) "Şərq qapısı"na verilən məlumata görə, bununla əlaqədar sabah saat 01:30-dan 05:00-dək Naxçıvan şəhərinin 111, 113, 115, 117 və 129-cu, Əcəmi məhəllələrində, Şadlinski, Bəktaşi, Nizami, İlqar Ələkbərov, 54, 56, 59, 60 və 61-ci, Səməd Vurğun, Xətai və Vüqar Abbasov küçələrində, Əliabad qəsəbəsində, həmçinin Babək rayonunun bəzi ərazilərində və Şahbuz rayonunda elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Qeyd edək ki, enerji təchizatı sisteminin etibarlılığının artırılması məqsədilə elektrik xətlərində və yarımstansiyalarda təmir-bərpa və yenidənqurma işləri mərhələli şəkildə davam etdirilir.
Digər xəbərlər