NAXÇIVAN :

09 Yanvar 2025, Cümə axşamı

Naxçıvan Muxtar Respublikasında yanvarın 9-na gözlənilən hava proqnozu

...

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı" qəzetinə verilən məlumata əsasən, yanvarın 9-da Naxçıvan şəhərində və muxtar respublikanın digər ərazilərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.
Həmin gün qərb küləyinin sürətinin saniyədə 3-8 metr arasında olacağı, bəzi saatlarda isə küləyin sürətinin artacağı ehtimal edilir.
Havanın temperaturunun gecə -4+1° (bəzi yerlərdə 8°-dək şaxta), gündüz isə 3+8° isti arasında dəyişəcəyi gözlənilir.

Nəşr edilib : 09.01.2025 09:54