NAXÇIVAN :

15 Yanvar 2025, Çərşənbə

Naxçıvan Muxtar Respublikasında yanvarın 12-nə olan hava proqnozu

...

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzinin "Şərq qapısı" qəzetinə verdiyi məlumata görə, yanvarın 12-də Naxçıvan şəhəri, Şərur, Sədərək, Kəngərli və Babək rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Culfa, Şahbuz və Ordubad rayonlarında isə havanın yağıntılı olacağı, qar yağacağı və duman müşahidə ediləcəyi ehtimal olunur.
Qərb küləyinin sürətinin saniyədə 5-10 metr arasında olacağı, bəzi saatlarda isə küləyin sürətinin artacağı proqnozlaşdırılır.
Havanın temperaturu gecə -3°C-dən +2°C-yə, gündüz isə +2°C-dən +7°C-yə qədər dəyişəcək.

Nəşr edilib : 12.01.2025 12:55