T.Q.Piriyevin Əmanətlərin Sığortalanması Fondunun ...
14:38 14.05.2025
0
0
0
NAXÇIVAN :
14 May 2025, Çərşənbə
Təcili Tibbi Yardım Xidmətinin infrastrukturunun və maddi-texniki təminatının gücləndirilməsi, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində hazırlanmış Təfsilatlı Tədbirlər Planında prioritet istiqamətlərdən biri kimi əks etdirilmişdir. Belə ki, Naxçıvan Muxtar Respublikasında Təcili Tibbi Yardım xidmətlərinin müasir tələblərə uyğun təşkil edilməsi, yeni geolokasiyaların yaradılması, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Bu çərçivədə 52 ədəd tam təchizatlı ambulans alınıb və yaxın gələcəkdə təhvil verilməsi nəzərdə tutulub. Eyni zamanda Təcili Tibbi Yardım Xidmətinin geolokasiyalarının sayı 8-dən 14-ə çatdırılıb və 32 Ailə Sağlamlıq Mərkəzinin hər birində geolokasiyaların yaradılması planlaşdırılır.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən təcili tibbi yardım avtomobillərinin daxili təchizatının və yeni yaradılan geolokasiyaların maddi-texniki bazasının artırılması istiqamətində bir sıra satınalmalar həyata keçirilib və ümumilikdə, 1 milyon manat dəyərində avadanlıq satın alınıb. Alınan avadanlıqlar arasında 64 ədəd xəstəbaşı monitor, 64 ədəd şırınqa pompası, 64 ədəd infuziya pompası, venadaxili infuziyalar üçün 64 ədəd pompa, 32 ədəd 4 motorlu çarpayı, 32 ədəd 3 motorlu çarpayı, 32 ədəd larinqoskop seti, 32 ədəd defibrilyator-monitor, 64 ədəd xəstəbaşı panel, 32 ədəd təcili yardım arabası, 32 ədəd xəstədaşıma xərəyi, 32 ədəd xəstədaşıma kreslosu, 32 ədəd oksigen terapiya dəsti, 32 ədəd oksigen konsentratoru, 32 ədəd portativ aspirator, 32 ədəd divarüstü diaqnostik dəst yer alır.
Görülən bütün bu tədbirlər əhalinin keyfiyyətli və operativ Təcili Tibbi Yardım xidmətlərinə çıxışını təmin etməyə, habelə regionda səhiyyə infrastrukturunun dayanıqlı şəkildə inkişafına yönəldilmişdir.
Digər xəbərlər