NAXÇIVAN :

15 Mart 2025, Şənbə

Naxçıvan Muxtar Respublikasında mart ayının 15-nə olan hava proqnozu

...

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata əsasən, mart ayının 15-də Naxçıvan Muxtar Respublikasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə isə duman olacağı proqnozlaşdırılır.
Şərq küləyinin sürətinin saniyədə 5-10 metr arasında dəyişəcəyi, bəzi saatlarda isə küləyin sürətinin artacağı ehtimal olunur.
 Havanın temperaturunun gecə 2-7°,  gündüz isə 20-25° isti olacağı gözlənilir.

Nəşr edilib : 15.03.2025 11:09