NAXÇIVAN :

12 Mart 2025, Çərşənbə

Naxçıvan Muxtar Respublikasında mart ayının 12-nə gözlənilən hava proqnozu

...

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata əsasən, mart ayının 12-də Naxçıvan 
şəhərində və muxtar respublikanın digər ərazilərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir.

Şərq küləyinin sürətinin saniyədə 5-10 metr arasında dəyişəcəyi, bəzi saatlarda isə küləyin sürətinin artacağı proqnozlaşdırılır.

 Havanın temperaturunun gecə 2+7° (bəzi yerlərdə 2°-dək şaxta),  gündüz isə 13-18° isti olacağı ehtimal olunur.

Nəşr edilib : 12.03.2025 12:29