NAXÇIVAN :

04 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikasında bu ilin 9 ayında 1621 yeni iş yeri açılıb

...

Naxçıvan Muxtar Respublikasında yeni iş yerlərinin yaradılması istiqamətində mühüm işlər görülür. Həyata keçirilən tədbirlərin nəticəsi olaraq cari ilin yanvar-sentyabr aylarında muxtar respublikada 1621 yeni iş yeri açılıb ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə  2,3 dəfə çoxdur. 

 Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən “Şərq qapısı”na bildirilib ki, yeni iş yerlərinin 912-si dövlət, 709-u isə qeyri-dövlət sektorunda qeydə alınıb.  Yeni yaradılmış 101 müəssisə və təşkilatda 1260, mövcud 49 müəssisə və təşkilatda isə 361 iş yeri açılıb. Ümumi yeni iş yerlərinin 1331-i Naxçıvan şəhərinin, 100-ü Şərur, 74-ü Babək, 31-i Ordubad, 34-ü Culfa, 12-si Kəngərli, 19-u Şahbuz və 20-si Sədərək rayonlarının payına düşüb.

Nəşr edilib : 03.12.2024 16:50