NAXÇIVAN :

19 May 2025, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasında bu günə olan hava proqnozu

...

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata görə, may ayının 19-da saat 21:00-a qədər Naxçıvan Muxtar Respublikasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı və yüksək dağlıq ərazilərdə duman olacağı gözlənilir.

Qərb küləyinin sürətinin 5-10 m/s arasında dəyişəcəyi, bəzi ərazilərdə isə arabir güclənəcəyi ehtimal olunur.

Havanın temperaturunun gecə saatlarında 9-14° isti, gündüz isə 25-30° isti olacağı bildirilir.

Nəşr edilib : 19.05.2025 09:52