NAXÇIVAN :

24 Noyabr 2026, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikasında bir sıra bölgələrə yağış və qar yağıb

...

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata əsasən noyabrın 8-də düşən yağıntının miqdarı Naxçıvan şəhərində 9, Şahbuzda 15, Küküdə (Şahbuz) 13, Biçənəkdə (Şahbuz) 14, Şərurda 9, Axurada (Şərur) 11, Ordubadda 13, Parağaçayda (Ordubad) 18, Culfada 4, Kəngərlidə 12, Sədərəkdə isə 7 mm olub.
 Qarın hündürlüyü Ordubad rayonunun yüksək dağlıq ərazilərində (3000 m) 39, Parağaçay Qar Uçqunu Stansiyasında (Ordubad) 18, Nürgütdə (Ordubad) 16, Axurada (Şərur) 9, Kəngərlidə 7, Küküdə (Şahbuz) 15, Biçənəkdə (Şahbuz) isə 10 sm qeydə alınıb.

Nəşr edilib : 09.11.2026 13:28