NAXÇIVAN :

22 Iyun 2025, Bazar

Naxçıvan Muxtar Respublikasında 15 iyuna olan hava proqnozu

...

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata əsasən, 15 iyun saat 21:00-a qədər Naxçıvan şəhərində və muxtar respublikanın digər ərazilərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin yüksək dağlıq bölgərələrdə qısamüddətli  yağış yağacağı və şimşək çaxacağı ehtimal olunur.
Şərq küləyinin sürətinin 10-15 m/s arasında dəyişəcəyi, bəzi ərazilərdə isə arabir güclənəcəyi proqnozlaşdırılır.
Havanın temperaturunun gecə saatlarında 15-20° isti, gündüz isə 32-37° isti olacağı bildirilir.

Nəşr edilib : 15.06.2025 12:00