Azərbaycanda "Sektorlar üzrə strateji planların ha...
12:09 23.11.2024
0
0
0
"Şərq qapısı" xəbər verir ki, 27 sentyabr 2024-cü il tarixində, Azərbaycan xalqının tarixinə əbədi həkk olunan Anım Günü, Naxçıvan Muxtar Respublikası Tibb Müəssisələrinin İdarəetmə Birliyi (TMİB) öz yeni loqosunun rəsmi təqdimatını həyata keçirib. Bu əlamətdar gündə keçirilən tədbirdə TMİB-in tabeliyində olan tibb müəssisələrinin rəhbər heyəti geniş tərkibdə iştirak edib. Tədbir çərçivəsində TMİB-in yeni loqosunun təqdim edilməsi ilə yanaşı, onun istifadəsinin əhəmiyyəti və məqsədləri də geniş şəkildə müzakirə olunub.
Yeni loqo, TMİB-in tabeliyində olan bütün tibb müəssisələri üçün vahid korporativ üslubun təmin edilməsi və idarəetmə sisteminin daha şəffaf, strukturlaşdırılmış bir model əsasında həyata keçirilməsi məqsədi daşıyır. Qeyd olunub ki, bu gündən etibarən TMİB-in nəzdində fəaliyyət göstərən tibb müəssisələri də yeni loqodan istifadə etməyə başlayacaqlar. Bununla tibb müəssisələrinin fəaliyyətində korporativ dəyərlərin təbliği və tibbi xidmətlərdə vahid standartların tətbiqinə xüsusi önəm veriləcəkdir.
Digər xəbərlər