Azərbaycanda Rusiya vətəndaşlarının müvəqqəti qalm...
18:44 29.12.2024
0
0
0
NAXÇIVAN :
29 Dekabr 2024, Bazar
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramının icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlərin davamı olaraq Təcili Tibbi Yardım Xidmətinin maddi-texniki bazası gücləndirilir və eyni zamanda yeni geolokasiyalar istifadəyə verilir. Aparılan məqsədyönlü islahatlar nəticəsində Təcili Tibbi Yardım Xidməti sahəsində önəmli addımlar atılıb. Belə ki, Təcili Tibbi Yardım Xidməti bu günədək 8 geolokasiyada fəaliyyət göstərirdi. Lakin bu gün Nehrəm Qəsəbə Ailə Sağlamlıq Mərkəzi və Cəhri Qəsəbə Ailə Sağlamlıq Mərkəzlərində yeni geolokasiyalar fəaliyyətə başlayıb.
Bu münasibətlə keçirilən tədbirdə Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov çıxış edərək, ötən qısa dövr ərzində muxtar respublikada səhiyyə sahəsində aparılan islahatların əhəmiyyətini vurğulayaraq, nazir Samiq Sadıxova təşəkkürünü bildirib.
Naxçıvan Muxtar Respublikası səhiyyə naziri Samiq Sadıxov çıxış edərək bildirib ki, Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq muxtar respublikada kompleks səhiyyə islahatları aparılır. Bu islahatların davamı olaraq bu gün həyata keçirilən yenilik, Təcili Tibbi Yardım Xidmətinin şəbəkəsinin genişləndirilməsi və sakinlərin tibbi yardıma əlçatanlığının artırılması baxımından çox vacibdir. Eyni zamanda, o qeyd edib ki, Ailə Sağlamlıq Mərkəzlərinin daxili təchizatı ilə bağlı bir sıra satınalmalar həyata keçirilib. Bütün Ailə Sağlamlıq Mərkəzləri rentgen, hemotoloji analizator, EKQ, USM, ailə həkimləri üçün tam təchizatlı çanta və digər zəruri avadanlıqlarla təmin olunacaq. Daha sonra o, yeni açılan geolokasiyaların bu ərazidə yaşayan əhali üçün əhəmiyyətindən bəhs edib.Nehrəm Qəsəbə Ailə Sağlamlıq Mərkəzində yeni yaradılan geolokasiya Araz, Güznüt, Çeşməbasar kəndlərindən olan 20,417 vətəndaşa xidmət göstərəcək.
Cəhri Qəsəbə Ailə Sağlamlıq Mərkəzində də geolokasiya fəaliyyətə başlayıb. Bu geolokasiya üzrə Gülşənabad, Payız, Aşağı Buzqov, Yuxarı Buzqov, Gərməçataq kəndindən olan 14792 nəfərə xidmət göstəriləcək.
Qeyd edək ki, bu yaxın günlərdə Əbrəqunus Kənd Ailə Sağlamlıq Mərkəzi, Kolanı Kənd Ailə Sağlamlıq Mərkəzi, Xanlıqlar Kənd Ailə Sağlamlıq Mərkəzi və Sabir Kənd Ailə Sağlamlıq Mərkəzlərində də yeni geolokasiyaların fəaliyyətə başlaması nəzərdə tutulub.
Bu genişlənmə tibbi xidmətin daha əlçatan olmasını təmin etməklə yanaşı, çağırışlara daha sürətli cavab verilməsinə imkan yaradacaq.
Digər xəbərlər