Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib...
14:58 23.11.2024
0
0
0
"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində səhiyyə sahəsində işə qəbul prosesinin şəffaflığını və effektivliyini təmin etmək məqsədilə xüsusi komissiya təşkil edilib. Komissiyanın ilk iclasında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin, Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin nümayəndələri iştirak ediblər.
İclas zamanı 25 nəfərin müraciəti müzakirə olunub. Komissiyanın əsas vəzifəsi namizədlərin bilik və bacarıqlarını obyektiv şəkildə dəyərləndirmək, işə qəbul prosesinin ədalətli və şəffaf həyata keçirilməsini təmin etmək olub.
Bu məqsədlə hər bir namizədin peşəkarlıq səviyyəsi, vəzifəyə uyğunluğu ilə yanaşı, ailə vəziyyəti və ehtiyac meyarları qiymətləndiriləcək.
Komissiyanın fəaliyyəti sayəsində Naxçıvan səhiyyəsinin işə qəbul prosesi daha səmərəli və obyektiv şəkildə həyata keçiriləcək.
Digər xəbərlər