NAXÇIVAN :

25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində fövqəladə hallara hazırlıqla bağlı tədbir keçirilib

...

Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyində “Müəssisə və təşkilatlarda fövqəladə hallara hazırlığın vəziyyəti diqqət mərkəzində saxlanılır, fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları, dəm qazı təhlükəsindən qorunmanın yolları” mövzusunda seminar-müşavirə keçirilib.
Tədbirin  keçirilməsində məqsəd fövqəladə hadisələr zamanı davranış qaydaları, eləcə də qış mövsümündə dəm qazı təhlükəsindən qorunma qaydaları haqqında iştirakçılara məlumat vermək olub.
Əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Daha sonra Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin İnzibati İdarəetmə şöbəsinin müdiri Tahir Məmmədli çıxış edərək müşavirənin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Daha sonra Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, Fövqəladə Halların Xəbər Edilməsi şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Mirtaleh Seyidov, Fövqəladə Halların Xəbərdar Edilməsi şöbəsinin baş inspektoru, daxili xidmət mayoru Turan Şahhüseynov və Dövlət Yanğın Nəzarəti İşinin Təşkili şöbəsinin inspektoru, daxili xidmət kapitanı Toğrul Hacıyev çıxış edərək iştirakçılara mövzu ətrafında ətraflı məlumat veriblər.
Tədbir çərçivəsində mövzuya uyğun slaydlar və videoçarxlar təqdim edilib.
Sonda iştirakçıların sualları cavablandırılıb.

Nəşr edilib : 24.12.2024 22:36