Yeni il hədiyyəsi alarkən bunlara diqqət edin!
10:51 28.12.2024
0
0
0
NAXÇIVAN :
28 Dekabr 2024, Şənbə
Səhiyyə sahəsində muxtar respublikamızda həyata keçirilən islahatlar öz müsbət nəticələrini göstərməkdədir. Bacarıqlı və yüksəkixtisaslı tibbi kadrların hazırlanmasından tutmuş, səhiyyə müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, yeni səhiyyə müəssisələrinin yaradılmasına və ən müasir tibbi avadanlıqların muxtar respublikamıza gətirilməsinə qədər görülən işlər səhiyyə sahəsindəki inkişafın əsas göstəriciləridir.
"Şərq qapısı" xəbər verir ki, görülən işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzində müasir tibbi texnologiyaların tətbiqi ilə bağlı əhəmiyyətli yeniliklər edilmişdir. Belə ki, mərkəzə Kimyaterapiya Dərman Hazırlama Sistemi, Dərman Hazırlama Dəsti, Qapalı Sistem Konnektor Paketi, Kimyaterapiya Tətbiq Dəstləri, Tibbi Tullantı Cihazları, Tibbi Tullantı Cihazlarının Paketləri və Volumetrik İnfuzion Pompası alınmışdır.
Onkoloji kimyaterapiya dərmanları hazırlayan cihaz, kimyaterapiya dərmanlarının düzgün dozada hazırlanmasını təmin edərək xəstələrə tətbiq edilən müalicənin dəqiqliyini artırır. Bu cihaz dərmanların qarışdırılması və hazırlanması prosesində yüksək səviyyədə təhlükəsizlik və nəzarət yaradır.
Volumetrik infuzion pompa dərmanların xəstəyə müvafiq sürətlə və dəqiq dozada infuziya edilməsini mümkün edir. Bu cihaz uzun müddət davam edən müalicələr zamanı dərmanların vaxtında və düzgün miqdarda verilməsini təmin edərək müalicənin effektivliyini və təhlükəsizliyini artırır.
Ümumiyyətlə, mərkəzdə bu avadanlıqların istifadəyə verilməsi, kimyaterapiya xidmətlərinin beynəlxalq standartlara uyğun həyata keçirilməsinə şərait yaradır. Bu yeniliklər, həmçinin xəstələrin müalicə prosesini daha rahat və səmərəli edir.
Əlavə olaraq qeyd edilməlidir ki, onkoloji xəstələrin müalicəsi zamanı istifadə olunacaq xüsusi kimyaterapiya kresloları da alınıb. Bu kresloların yaxın aylarda mərkəzdə istifadəyə verilməsi planlaşdırılır.
Digər xəbərlər