Zərərçəkmiş şəxs: Xocalı soyqırımının təşkilatçıla...
21:23 17.04.2025
0
0
0
Əhalinin dərman təminatının yaxşılaşdırılması və dərman vasitələrinin əlçatanlığının artırılması məqsədilə həyata keçirilən bu təşəbbüs çərçivəsində vətəndaşların qeydiyyatda olduqları yaşayış yerlərinə yaxın məsafədə dərmanları rahatlıqla əldə etmələri təmin olunur.
İlkin mərhələdə Ordubad rayonunda tətbiq olunan proses uğurla icra edilmiş və vətəndaşlar tərəfindən müsbət qarşılanmışdır. Daha sonra bu proses Şahbuz və Babək rayonlarını da əhatə edərək imtiyazlı dərman vasitələrinin əhaliyə çatdırılması işi genişləndirilmişdir.
Hazırda mərhələli şəkildə davam etdirilən prosesin yaxın vaxtlarda digər rayonlarda da həyata keçirilməsi nəzərdə tutulur. Bu addım, xüsusilə yaşlı, xroniki xəstəliyi olan və hərəkət məhdudiyyəti yaşayan şəxslərin dərman vasitələrinə daha asan çıxışını təmin etməklə səhiyyə xidmətlərinin keyfiyyətinin və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.
Digər xəbərlər