NAXÇIVAN :

08 Noyabr 2024, Cümə

Naxçıvan Muxtar Respublikası QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən Şərur rayonunda müayinələr aparılır

...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Naxçıvan Muxtar Respublikası QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən Şərur rayonu və onun kəndlərində genişmiqyaslı müayinələr aparılır. Aksiyanın məqsədi əhalinin sağlamlığının qorunması, xəstəlik hallarının erkən mərhələdə aşkarlanması və profilaktik tədbirlərin gücləndirilməsidir. Qeyd edək ki, müayinələr bir neçə gün davam edəcək və bu müddət ərzində vətəndaşlara müvafiq tibbi dəstək və maarifləndirmə xidmətləri də göstəriləcək.

Nəşr edilib : 31.10.2024 17:24