NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümü münasibətilə tədbir keçirilib

...

"Şərq qapısı" xəbər verir ki, milli prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları oktyabrın 1-də Ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində yerləşən abidəsinin önünə gül dəstələri qoyublar.
Sonra 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğunun yaranmasının 106-cı ildönümü münasibətilə tədbir keçirilib.
Ulu öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Prokurorunun müavini ədliyyə müşaviri Amil Rəhimov çıxış edərək prokurorluq orqanlarında çalışan bütün əməkdaşları, veteranları, onların ailə üzvlərini prokurorluğun yaranmasının 106-cı il dönümü münasibətilə təbrik edib.
Qeyd edilmişdir ki, prokurorluq orqanlarında həyata keçirilən hüquqi islahatlar nəticəsində Naxçıvan Muxtar Respublikası Prokurorluğu milli maraqların və qanunun aliliyinin təmin olunmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət edən müasir dövlət təsisatına çevrilmişdir.
Bundan sonra da prokurorluq orqanlarının əməkdaşları göstərilən yüksək etimadı doğrultmaq üçün bütün səylərini səfərbər edəcək, bundan sonra da öz vəzifələrinə məsuliyyətlə yanaşaraq, ictimai asayişin təmin olunmasında və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasında muxtar respublikanın digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə yaxından iştirak edəcəkdir.

Nəşr edilib : 01.10.2024 19:15