Moldova mediası: Dünya şəhərlərinin gələcəyi Bakıd...
15:10 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidməti məlumat verir ki, 2025-ci ilin yanvar-sentyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi, əmlak münasibətlərinin optimallaşdırılması və büdcə gəlirlərinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Bu çərçivədə idarəetmə sistemində struktur islahatları aparılmış, dövlət əmlakının özəlləşdirilməsi və icarəsi sahəsində şəffaflıq və səmərəlilik yüksəldilmişdir.
İdarəetmənin təkmilləşdirilməsi istiqamətində 2025-ci ilin müvafiq dövründə iki dövlət qurumunun fəaliyyəti dayandırılmış, 70 dövlət əmlakı özəlləşdirilmişdir. Dövlət əmlakının özəlləşdirilməsindən, ümumilikdə, 1 092 140 manat vəsait toplanmışdır ki, bu məbləğin 819 105 manatı muxtar respublika büdcəsinə, 273 035 manatı isə xüsusi vəsait hesabına yönəldilmişdir. 2025-ci ildə özəlləşdirmədən daxilolmalarda 43,2 faiz azalma qeydə alınmışdır.
Dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar əhəmiyyətli dərəcədə artmışdır. Belə ki, 2024-cü ilin 9 ayı ilə müqayisədə 2025-ci ilin müvafiq dövründə icarə gəlirləri 204 561 manat və ya 70,6 faiz artaraq 494 221 manata çatmışdır. 2025-ci ilin 9 ayı ərzində qüvvədə olan icarə müqavilələrinin sayı 572 olmuş, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20 müqavilə və ya 3,6 faiz çoxdur. İcarə müqavilələrindən 159-u torpaq, 413-ü isə qeyri-yaşayış sahələrinin icarəsinə aiddir. Torpaq icarəsi müqavilələrinin sayında 36 ədəd və ya 29,3 faiz artım, qeyri-yaşayış icarəsində isə 16 ədəd və ya 3,7 faiz azalma baş vermişdir. Dövr ərzində 176 yeni icarə müqaviləsi bağlanmış, 132 müqavilənin müddəti uzadılmış, 65 müqaviləyə isə xitam verilmişdir.
2025-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada torpaq idarəçiliyi, daşınmaz əmlakın qeydiyyatı, kadastr, yerquruluşu və rəqəmsal inkişaf sahələrində də ardıcıl tədbirlər həyata keçirilmiş, il ərzində torpaq kateqoriyasının dəyişdirilməsi və uçot işlərinin təkmilləşdirilməsi məqsədilə sistemli fəaliyyət həyata keçirilmişdir.
Cari ilin yanvar-sentyabr ayları ərzində bələdiyyə ərazisində yerləşən torpaq sahələrinin ayrılması ilə bağlı 61 müraciət əsasında 196,4 hektar torpaq sahəsinə dair rəy hazırlanmış, 475 torpaq sahəsinin planı və ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınmışdır.
İnnovasiyalar və rəqəmsal inkişaf sahəsində işlər davam etdirilmiş, hüquqi və fiziki şəxslər tərəfindən 1 322, notariat ofislərindən isə 4 093 elektron müraciət daxil olmuşdur. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 590 müraciət və ya 12,2 faiz çoxdur.
Daşınmaz əmlakın dövlət qeydiyyatı, inventarlaşdırılması və ünvan reyestrinin aparılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilmiş, 2025-ci ilin doqquz ayında 7 733 daşınmaz əmlak üzərində mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Qeydiyyata alınmış əmlaklar üzrə torpaq sahələrinin sayı 3 387, fərdi yaşayış və bağ evlərinin sayı 2 936, qeyri-yaşayış binalarının sayı 156, qeyri-yaşayış sahələrinin sayı 162, mənzillərin sayı isə 1 064, əmlak kompleksi kimi müəssisələrin sayı isə 28 olmuşdur.
Hesabat dövründə daşınmaz əmlakın qeydiyyatı və kadastr xidmətlərindən 1 788 528 manat xidmət haqqı və 805 976 manat dövlət rüsumu daxil olmuşdur. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə xidmət haqları üzrə 118 646 manat və ya 7,1 faiz artım qeydə alınmışdır.
Hesabat dövründə 359 yerquruluşu planı hazırlanmış, 297 torpaq sahəsində ölçmə işləri aparılmış, 13 xəritə və plan tərtib edilmişdir. Hesabat dövründə 53 hərrac keçirilmiş, 19 117 manat xidmət haqqı daxil olmuşdur.
Ümumilikdə, 2025-ci ilin yanvar-sentyabr aylarında torpaq idarəçiliyi, daşınmaz əmlakın qeydiyyatı, yerquruluşu və rəqəmsal xidmətlər sahəsində, habelə dövlət əmlakının balans mənsubiyyətində yenilənmələr aparılmış, ləğv edilmiş və ya yenidən təşkil olunmuş qurumların balansında olan əmlakların digər dövlət orqanlarına təhvil verilməsi təmin edilmişdir. Həyata keçirilən tədbirlər nəticəsində dövlət əmlakının idarə edilməsində şəffaflıq və hesabatlılıq artırılmış, vətəndaş müraciətlərinin elektron qaydada baxılması təmin olunmuş, xidmətlərin keyfiyyəti və əlçatanlığı yüksəldilmişdir.
Digər xəbərlər