Türkiyədə helikopter xəstəxana binasına çırpılıb, ...
12:18 22.12.2024
0
0
0
Sentyabrın 4-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev Vətən müharibəsi şəhidi Rzayev Zülfü Zeyni oğlu və Birinci Qarabağ müharibəsi şəhidi Zeynalov Mahmud Zeynalabdin oğlunun ailələrini qəbul edib. Şəhid ailələrinin problemləri öyrənilib, onların müraciət və qayğıları dinlənilib. Vətən müharibəsi şəhidi Rzayev Zülfünün atası Zülfəli Rzayevə sanotoriya yollayışı verilib. Birinci Qarabağ müharibəsi şəhidi Zeynalov Mahmudun həyat yoldaşı Fatma Zeynalovaya isə müvafiq məbləğdə maddi yardım dəstəyi göstərilib. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında şəhid ailələri və qazilər üçün xüsusi qəbul günləri nəzərdə tutulmayıb. Onlar həftənin bütün iş günlərində qəbul edilir.
Digər xəbərlər