NAXÇIVAN :

13 May 2025, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib

...

"Şərq qapısı" xəbər verir ki, müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Daxili İşlər Nazirliyinin əməkdaşları Naxçıvan şəhəri ərazisindəki yaşıllıq massivində növbəti ağacəkmə kampaniyası keçiriblər.
Polis əməkdaşları yaşıllıq zonasında təmizlik işləri aparıblar, sonra meyvə tinglərini əkib onların suvarılmasını təmin ediblər. 
Ərazinin nəzarətdə saxlanılması, əkilmiş ağaclara mütəmadi qulluq göstərilməsi üçün müvafiq tədbirlər bundan sonra davam etdiriləcəkdir.

Nəşr edilib : 12.05.2025 18:11