Naxçıvan Muxtar Respublikasında 24 noyabra gözləni...
00:11 24.11.2024
0
0
0
Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı “Təbliğat-100” layihəsi və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Naxçıvan Musiqi Kollecində maarifləndirici tədbir keçirilib.
"Şərq qapısı" xəbər verir ki, 5 noyabr 2024-cü il tarixdə “Təbii qidanın insan sağlamlığına təsiri” mövzusunda keçirilən tədbiri giriş sözü ilə Naxçıvan Musiqi Kollecinin əməkdaşı Ülkər Seyidova açıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Firuzə Hüseynova bildirib ki, insan sağlamlığına mənfi təsir edən qidalar orqanizmdə xəstəliklərin yaranmasına səbəb olur. İnsan bu xəstəliklərdən qorunmaq üçün təbiəti qorumalı, ətrafı təmiz saxlamalıdır. İnsanların ekoloji düşüncəyə, tibbi biliklərə və sağlam həyat tərzinə malik olması ehtimal olunan faciələrin qarşısının alınmasında vacib şərtlərdəndir.
68 nəfərin yararlandığı tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb və müvafiq mövzuda hazırlanmış broşürlər paylanılıb.
Digər xəbərlər