NAXÇIVAN :

27 Iyun 2026, Şənbə

Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq

...

"Ölkədə tətbiq olunan tam orta məktəb çərçivəsində təmayül tədris məktəblərinin formalaşdırılması Naxçıvan Muxtar Respublikasında da tətbiq ediləcək".
"Şərq qapısı" xəbər verir ki, bu barədə "Son zəng" tədbirində Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov deyib. 
O bildirib ki, yaxın illərdə yuxarı siniflərdə şagirdlərin ixtisas seçimlərinə uyğun olaraq təmayül sinifləri formalaşdırılması planlaşdırılır:

"Bu məktəblərdə şagirdlər xüsusi tədris planı ilə ali təhsil müəssisələrində seçəcəkləri ixtisas istiqamətinə uyğun daha məqsədyönlü hazırlıq keçə biləcəklər.
Hazırda həmin məktəblərin müəyyənləşdirilməsi, şagird və müəllim qəbulu ilə bağlı hazırlıq tədbirləri görülür. Məqsəd gələcəkdə şagirdlərimizin maraq və bacarıqlarına uyğun daha keyfiyyətli təhsil imkanları yaratmaqdır".
Nazir qeyd edib ki, bu modelə keçid, təxminən, 2028-ci tədris ilində həyata keçiriləcək.

Nəşr edilib : 13.06.2026 11:26