Naxçıvan Dövlət Universitetində "Müasir filologiya...
20:51 21.12.2024
0
0
0
Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində Azərbaycan Karate Federasiyasının ənənəvi karate üslubu üzrə ölkə birinciliyi və çempionatı keçirilib. Yarışlarda 35-dən çox klub və nümayəndəliklərdən 300-ə yaxın karateçi öz qüvvəsini sınayıb.
Ölkə çempionatında muxtar respublika idmançılarından ikisi mükafatçılar sırasına düşüb. Vüsal Seyidov 18-20 yaşlılar arasında bütün rəqiblərini üstələyərək ölkə çempionu olmağı bacarıb. Vüsal, eyni zamanda 18 yaş kateqoriyasında gümüş medal qazanmağa müvəffəq olub. Digər təmsilçimiz Məhəmməd Bağırov isə 16-17 yaşlılar arasında gümüş medala layiq görülüb.
Qeyd edək ki, ilk üç yeri tutmuş idmançılar ənənəvi karate üslubu üzrə milli komandanın tərkibinə cəlb olunmaqla 2025-ci ildə keçiriləcək dünya və avropa çempionatlarında ölkəmizi təmsil etmək imkanı qazanacaq.
Digər xəbərlər