Naxçıvan Dövlət Universitetində "Müasir filologiya...
20:51 21.12.2024
0
0
0
13-15 dekabr tarixlərdə Türkiyənin İstanbul şəhərində “34. Uluslararası Boğaziçi Karate Şampiyonası” adlı beynəlxalq karate çempionatı keçirilib. 37 ölkədən 4000-dən çox idmançının qatıldığı yarışda Azərbaycan komandası 2 qızıl, 3 gümüş və 1 bürünc medalla komanda sıralamasında üçüncü olub.
Naxçıvandan 10 karateçi Azərbaycan komandasının heyətində medallar uğrunda mübarizə aparıb. Onlardan yalnız biri mükafatçılar sırasına düşüb. “Naxçıvan” Karate Klubunun idmançısı Sona Nəcəfbəyli kumite yarışında fərqlənib. Sona 6-7 yaş kateqoriyasında -30 kq çəki dərəcəsi üzrə bürünc medal qazanıb. Bu nəticə azyaşlı idmançımızın beynəlxalq müstəvidə qazandığı ilk nailiyyətdir.
Digər xəbərlər