Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırma pro...
13:50 02.05.2026
0
0
0
24-26 aprel tarixlərdə Türkiyənin İstanbul şəhərində Şotokan karate üslubu (WSF) üzrə dünya səviyyəli turnir keçirilib.
"Şərq qapısı" xəbər verir ki, ümumilikdə, 117 karateçi ilə təmsil olunan Azərbaycan komandası 55 qızıl, 32 gümüş və 40 bürünc medal qazanaraq ümumi komanda nəticələrinə əsasən turniri 1-ci yerdə başa vurub və böyük uğura imza atıb.
Ölkəmizi yarışda təmsil edənlər arasında Naxçıvan idmançıları da olub. Onlar 2-si qızıl, 6-sı gümüş və 1-i bürünc olmaqla, ümumilikdə, 9 medal qazanıblar.
10-11 yaşlılar arasında mübarizə aparan idmançılarımız Xədicə Bayramova (40 kq) və Hüseyn Qafarlı (45 kq) dünya çempionatında birinci yerə sahib çıxaraq çempion olublar. Qafar Hüseynov, Fatimə Bağırzadə, Yusif Həsənli, Nizami Orucov müxtəlif əyarlı medallar qazanıblar.
Nəticələr aşağıdakı kimidir:
Xədicə Bayramova (10-11 yaş, 40 kq) — shobu nihon – I yer, shobu ippon II yer;
Qafarlı Hüseyn (10-11 yaş, 45 kq) —shobu nihon –I yer;
Qafar Hüseynov (böyüklər, 75 kq) —shobu nihon və shobu ippon – II yer;
Nizami Orucov (kadetlər, 57 kq) – shobu ippon – II yer;
Fatimə Bağırzadə (10-11 yaş, 44 kq) – idman kumitesi – II yer;
Yusif Həsənli (6-7 yaş, 25 kq) – shobu nihon – II yer, shobu ippo – III yer.
Digər xəbərlər