NAXÇIVAN :

17 May 2025, Şənbə

Naxçıvanda ÜDM istehsalı 1,3 faiz artıb

...

2025-ci ilin yanvar-aprel aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 475 milyon 460 min 400 manat olub ki, bu da  2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Statistika Komitəsindən "Şərq qapısı"nə verilən məlumata görə, bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 0,8 faiz artaraq 1009,0 manat olub.
Həmçinin cari ilin yanvar-aprel aylarında muxtar respublikada 162 milyon 315 min 900 manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da 2024-cü ilin müvafiq dövründəki göstəricidən 6,0 faiz azdır. Sənaye məhsulunun 130 milyon 808 min 100 manatı və ya 80,6 faizi malların, 31 milyon 507 min 800 manatı və ya 19,4 faizi isə xidmətlərin payına düşüb.
Sənaye məhsulunun 0,2 faizi mədənçıxarma, 76,7 faizi emal, 20,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 2,2 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Nəşr edilib : 16.05.2025 15:42