Azərbaycan və ABŞ süni intellekt sahəsində əməkdaş...
23:23 10.02.2026
0
0
0
NAXÇIVAN :
11 Fevral 2026, Çərşənbə
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən “Şərq qapısı”na bildirilib ki, Aqrar Subsidiya Şurası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq 2026-cı il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aqrar sahəyə göstərdiyi diqqət və qayğının davamı kimi qəbul edilən bu qərar Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli, 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda əksini tapan ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, məhsuldarlığın artırılması, su resurslarından səmərəli istifadə, kənd təsərrüfatı ilə emal sənayesinin inteqrasiyası və yüksək əlavə dəyərli məhsul istehsalının genişləndirilməsi hədəflərinə xidmət edir.
Qərarda Naxçıvan Muxtar Respublikası üçün ayrıca əmsalların müəyyən olunması dövlətimizin muxtar respublikaya göstərdiyi xüsusi diqqət və qayğının aydın təzahürüdür. Bu qərar Dövlət Proqramının strateji hədəfləri ilə uzlaşaraq Naxçıvan iqtisadi rayonunda kənd təsərrüfatının daha da inkişafına, fermerlərin dövlət dəstəyi imkanlarından geniş istifadə etməsinə və kənd təsərrüfatı ilə emal sənayesi arasında inteqrasiyanın güclənməsinə şərait yaradacaqdır. Belə ki:
Naxçıvan iqtisadi rayonunda əkin əmsalları və əkin subsidiyasının məbləği 2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək salınan:
Super-intensiv meyvə bağları üçün:
İntensiv meyvə bağları üçün:
Naxçıvan Muxtar Respublikasında super-intensiv bağçılıq təşviq ediləcək:
Dəniz səviyyəsindən 700-1100 metr aralığındakı hündürlükdəki ərazilərdə yerləşən bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan, sahəsi ən azı 2 hektar olan və 1 hektara minimum 350 ədəd sertifikatlı tingin əkildiyi super-intensiv qoz bağlarına – 5600 AZN
Dəniz səviyyəsindən 800 metrdən yuxarı olmayan ərazilərdə yerləşən hər hektarından azı 2 nöqtədə (nümunə koordinatlar qeyd edilməklə) 2 qatdan (0-30 sm, 30-60 sm) götürülmüş torpaq nümunələrində elektrik keçiriciliyi göstəricisi 2,0 dS/m-dən az olan bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan, cəmi sahəsi ən azı 3 hektar olan və 1 hektara minimum 2500 ədəd sertifikatlı (calaqaltı və calaqüstü sortunu təsdiq edən) tingin əkildiyi, bağın salındığı 1-ci ildə dirək sistemi (şpaler) qurulmuş super-intensiv şaftalı (nektarin) bağlarına 24500 AZN əkin subsidiyası ödəniləcək.
Dəniz səviyyəsindən 900 metrdən yuxarı olmayan ərazilərdə yerləşən bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə dirək sistemi (şpaler) ilə salınan, sahəsi azı 3 hektar olan və 1 hektara minimum 2770 ədəd sertifikatlı tingin əkildiyi super-intensiv armud bağlarına 25200 AZN əkin subsidiyası ödəniləcək.
Dəniz səviyyəsindən 800-1100 metr aralığındakı hündürlükdəki ərazilərdə yerləşən bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə dirək sistemi (şpaler) ilə salınan, sahəsi azı 2 hektar olan və 1 hektara minimum 4000 ədəd sertifikatlı tingin əkildiyi super-intensiv alma bağlarına 32200 AZN əkin subsidiyası ödəniləcək.
Dəniz səviyyəsindən 700-1100 metr aralığındakı hündürlükdəki ərazilərdə yerləşən bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan və sahəsi azı 2 hektar olan və 1 hektara minimum 650 ədəd sertifikatlı tingin əkildiyi (ocağın olduğu) super-intensiv fındıq bağlarına 4400 AZN əkin subsidiyası ödəniləcək.
Muxtar respublikada 800 metrdən yuxarı olmayan ərazilərdə bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə dirək sistemi ilə salınan və sahəsi ən azı 5 hektar olan və 1 hektara minimum 1600 ədəd tingin əkildiyi, çəyirdəksiz sortlardan və filloksera zərərvericisinə davamlı calaqaltılar istifadə olunmuş, və “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq sığortalanmış super-intensiv üzüm bağlarına 14700 AZN əkin subsidiyası ödəniləcək.
İntensiv meyvəçiliyə və giləmeyvəçiliyə dəstək artaraq davam edir
Muxtar respublikada bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan və sahəsi ən azı 1 hektar olan və 1 hektara minimum 330 ədəd sertifikatlı tingin əkildiyi (ocağın olduğu) intensiv fındıq bağlarına şamil edilsin, qeyd edilən tələblərə cavab verməyən və 2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək salınan intensiv fındıq bağlarına 3000 AZN əkin subsidiyası ödəniləcək.
Muxtar respublikada 1500 metrdən yuxarı olmayan ərazilərdə bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə dirək sistemi ilə salınan və sahəsi ən azı 2 hektar olan və 1 hektara minimum 1250 ədəd tingin əkildiyi, filloksera zərərvericisinə davamlı calaqaltılar istifadə olunmuş, və “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq sığortalanmış intensiv üzüm bağlarına 12500 AZN subsidiya ödəniləcək.
Muxtar respublika üzrə 1500 metrdən yuxarı olmayan ərazilərdə yerləşən hər hektarından ən azı 2 nöqtədə (nümunə koordinatlar qeyd edilməklə) 2 qatdan (0-30 sm, 30-60 sm) götürülmüş torpaq nümunələrində elektrik keçiriciliyi göstəricisi 2,0 dS/m-dən az olan bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan və ən azı 3 hektar sahədə salınan və 1 hektara minimum 650 ədəd tingin əkildiyi olan intensiv şaftalı (nektarin) və ərik bağlarına 5000 AZN əkin subsidiyası ödəniləcək.
Muxtar respublika üzrə 1000 metrdən yuxarı olmayan ərazilərdə torpaq analiz nəticələrində torpağın elektrik keçiriciliyi göstəricisi 3,0 dS/m-dən az olmayan torpaqlarda 1 hektara minimum 400 ədəd tingin əkildiyi intensiv püstə bağlarına 6300 AZN əkin subsidiyası ödəniləcək.
Muxtar respublikada dəniz səviyyəsindən 300 metrdən hündür ərazilərdə bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə dirək sistemi ilə salınan, sahəsi ən azı 3 hektar olan və 1 hektara minimum 2450 ədəd sertifikatlı tingin əkildiyi intensiv armud bağlarına 20000 AZN əkin subsidiyası ödəniləcək.
Muxtar respublikada bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə dirək sistemi ilə salınan, sahəsi ən azı 1 hektar olan və 1 hektara minimum 2450 ədəd sertifikatlı tingin əkildiyi intensiv alma bağlarına 21000 AZN əkin subsidiyası ödəniləcək.
Muxtar respublikada bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan, sahəsi ən azı 3 hektar və 1 hektara minimum 650 ədəd sertifikatlı tingin əkildiyi intensiv xurma (xirnik) bağlarına 4500 AZN əkin subsidiyası ödəniləcək.
Naxçıvan iqtisadi rayonu üzrə 1500 metrdən yuxarı olmayan ərazilərdə, bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan, sahəsi ən azı 2 hektar olan və 1 hektara minimum 650 ədəd sertifikatlı tingin əkildiyi intensiv badam bağlarına 7350 AZN əkin subsidiyası ödəniləcək.
Naxçıvan iqtisadi rayonunda bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan, sahəsi ən azı 5 hektar olan və 1 hektara minimum 250 ədəd sertifikatlı tingin əkildiyi intensiv qoz bağlarına 4200 AZN əkin subsidiyası ödəniləcək.
Naxçıvan Muxtar Respublikası üzrə bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan və sahəsi ən azı 1 hektar olan, 1 hektara minimum 3700 tingin əkildiyi dirək sistemi ilə salınan və damcı suvarma sisteminin tətbiq olunduğu böyürtkən bağlarına hər hektar üçün üzrə 10400 AZN əkin subsidiyası ödəniləcək.
Naxçıvan iqtisadi rayonunda bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan və sahəsi ən azı 1 hektar olan, 1 hektara minimum 3570 ədəd dibçəklərdə torf və perlit qarışığında əkildiyi qaragilə (mavigilə) bağlarına hər hektar üçün 25000 AZN əkin subsidiyası ödəniləcək.
Qeyd: Müraciət qaydası. Fermerlər subsidiyalarla bağlı müraciətlərini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) vasitəsilə elektron qaydada təqdim etməlidirlər. Ətraflı izah və texniki dəstək üçün Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə müraciət edilə bilər.
Digər xəbərlər