Naxçıvanda daha bir mühüm konfrans
23:23 13.05.2025
0
0
0
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində professor Mahirə Nağıqızı ilə “Qərbi Azərbaycana qayıdış ruhumuzda” adlı görüş keçirilib.
"Şərq qapısı" xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə hərbi kollecin kitabxanasında Qərbi Azərbaycana həsr edilmiş sərgi ilə tanış olub və “Qayıdışın səsləri: Qərbi Azərbaycanımız” adlı kitab müzakirəsi keçiriblər.
Görüşdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Naxçıvan Hərbi Kollecinin rəisi, polkovnik-leytenant Yaşar Hüseynov, professor Mahirə Nağıqızı ölkə Prezidentinin Qərbi Azərbaycana qayıdış konsepsiyasının əhəmiyyətindən söhbət açıb, bu istiqamətdə həyata keçirilən işlərdən danışıblar.
Tədbirdə kollecin kursantları professor, şair Mahirə Nağıqızının şeirlərini səsləndirib və Qərbi Azərbaycanla əlaqədar videoçarx nümayiş olunub.
Sonda xatirə şəkli çəkilib.
Digər xəbərlər