NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Naxçıvan Hərbi Kollecində 18 oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd edilib

...

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə silsilə tədbirlər keçirilib.
Kollecin kitabxanasında “Hədəfimiz – inkişafdır!” layihəsi çərçivəsində “Müstəqilliyə aparan yol” adlı kitab müzakirəsi təşkil olunub. Kursantlara Azərbaycanın istiqlal yolunun şanlı səhifələri, müstəqilliyin milli dövlətçiliyimiz üçün əhəmiyyəti və bu dəyərin qorunmasında xalqın iradəsinin rolu haqqında məlumat verilib.
Eyni zamanda tədris prosesində müəllimlər tərəfindən kursantlara 18 oktyabr – Müstəqilliyin Bərpası Günü ilə bağlı maarifləndirici məlumatlar təqdim olunub, bu tarixi günün mahiyyəti və önəmi barədə ətraflı izahlar verilib.
Əlamətdar gün münasibətilə keçirilən tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə Naxçıvan Hərbi Kollecinin rəisi, polkovnik Yaşar Hüseynov və kollecin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Bağır Babayev çıxış edərək müstəqilliyin Azərbaycan xalqı üçün tarixi və strateji əhəmiyyətini vurğulayıblar.
Sonda Milli Müdafiə Universitetinin rektoru tərəfindən təltif edilən kollecin müəllimlərinə Fəxri fərmanlar təqdim olunub.

Nəşr edilib : 17.10.2025 10:53