NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Naxçıvan gimnastı Azərbaycan millisinin heyətində uğur qazanıb

...

Monqolustanın Ulan-Bator şəhərində "Gimnastika hamı üçün" idman növü üzrə VI Asiya Gimnastradası keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na verilən məlumata görə yarışda Azərbaycan milli komandasının üzvləri qrup hərəkətlərində uğurlu çıxışı ilə fərqlənib.
Bütün komandalara qızıl medal təqdim olunsa da,
komandamız möhtəşəm çıxışı tamaşaçılar tərəfindən ən çox bəyənilən komanda kimi
xüsusi kubokla təltif olunub. 

Naxçıvanda gimnastika məşqçisi kimi fəaliyyət göstərən İdman ustası Humay Qafarova da millimizin üzvü kimi qızıl medalla təltif olunub.

 

Nəşr edilib : 20.09.2024 14:45