Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleks...
15:38 03.10.2024
0
0
0
NAXÇIVAN :
03 Oktyabr 2024, Cümə axşamı
M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi münasibətilə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi ilə birlikdə “Naxçıvan ədəbi mühiti son 100 ildə” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Komplektləşdirmə şöbəsinin müdiri Rahilə Məmmədova açaraq qeyd edib ki, Naxçıvan ədəbi mühiti Azərbaycan ədəbiyyatının ayrılmaz tərkib hissəsidir. Bu ədəbi mühit qədim dövrlərdən müasir dövrə qədər Azərbaycan ədəbiyyatına parlaq ədəbi simalar, qiymətli əsərlər bəxş edib. Naxçıvan diyarı zəngin ədəbi ənənələrə malikdir.
Sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair, publisist, dramaturq Asim Yadigar “Naxçıvan ədəbi mühiti son 100 ildə” adlı mövzu ilə çıxış edərək bildirib ki, xalq ədəbiyyatında Naxçıvan motivləri əhəmiyyətli yer tutur. “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, Əsli və Kərəm”, “Qaçaq Nəbi”, “Qaçaq Kərəm” dastanlarda Naxçıvan bölgəsi ilə bağlı sujetlərə, toponimlərə, yer-yurd adlarına rast gəlmək olur. Hələ orta əsrlərdə Kəmaləddin Naxçıvani, Nəsrəddin Tusi, Hinduşah Naxçıvani və bir çox görkəmli şair və yazıçılar Naxçıvanda yaşayıb yaratmışlar. Naxçıvan ədəbi mühitinin tədqiqi istiqamətində də xeyli işlər görülmüşdür. Ümummilli Lider Heydər Əliyev həm klassik, həm də müasir ədəbiyyatımızın öyrənilməsi və təbliğini daim diqqət mərkəzində saxlamış, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin vətənimizdən uzaqlarda da tanınmasına nail olmuşdur. Ulu Öndər klassik və müasir şairlərimizin yubileylərinin keçirilməsinə, onların əzəmətli heykəllərinin ucaldılmasına, əsərlərinin çap olunmasına, xarici dillərə tərcümə edilməsinə xüsusi qayğı ilə yanaşmış, folklor nümunələrimizin nəşr olunması, xarici ölkələrdə tanıdılması baxımından mühüm qərarlar vermiş, fərman və sərəncamlar imzalamışdır.
Daha sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvlərindən Təranə Arifqızı, Alməmməd Eldaroğlu, Süsən Kərimli, Ümbülbanu, Tofiq Qəbul, Sevinc Azadlı, Əzizə Həsənova və başqaları Naxçıvanın füsunkar təbiətinə, görkəmli şəxsiyyətlərinə, qəhrəman övladlarına, ictimai həyatına həsr etdikləri şeirləri qiraət ediblər.
Digər xəbərlər