Azərbaycan ilə Meksika arasında diaspor fəaliyyəti...
10:26 19.04.2026
0
0
0
Son zamanlar Naxçıvan Muxtar Respublikası ərazisində yerli duzun istehsalı ilə bağlı problemlər yaranıb. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi məsələ ilə bağlı "Şərq qapısı"nın sorğusuna cavab olaraq bildirib ki, duzdağ massivində yerləşən 5 nömrəli duz mədənində texniki təhlükəsizliyin gücləndirilməsi baxımından müvafiq işlərin görülməsinə zərurət yarandığından, eləcə də gələcəkdə duz istehsalı prosesinin daha yüksək keyfiyyətdə təşkil olunması məqsədilə şaxtadan duzun çıxarılması müvəqqəti olaraq dayandırılıb: "Bu səbəbdən hazırda “Naxçıvan Duz İstehsalı” MMC-də istehsal və qablaşdırma prosesi həyata keçirilmir.
Məlumat üçün bildirilir ki, ötən müddət ərzində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi əhalinin, eləcə də duz məhsulundan xammal kimi istifadə edən istehsal müəssisələrinin adıçəkilən məhsula olan tələbatının fasiləsiz və dayanıqlı təmin olunması məqsədilə ölkəmizin digər bölgəsində istehsal olunan yerli və qonşu ölkələrdə istehsal olunan analoji məhsulların sahibkarlar tərəfindən muxtar respublikaya gətirilməsi prosesi nəzarətdə saxlanılıb".
Digər xəbərlər