Türkiyədə helikopter xəstəxana binasına çırpılıb, ...
12:18 22.12.2024
0
0
0
NAXÇIVAN :
22 Dekabr 2024, Bazar
NDU-nun Xarici dillər fakültəsinin “Roman-german dilləri” kafedrasında Fransız dili müəllimi kimi fəaliyyət göstərmiş Hidayət Əkbərov uzun zaman davam edən xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, Hidayət Əkbərov 1983-cü il avqustun 28-də Naxçıvan MR, Şərur rayonu Qarabağlar kəndində anadan olub. 1990-1996-ci illərdə Qarabağlar kənd 1 N-li orta məktəbini,1996-2000-ci illərdə Şərur Türk liseyini, 2001-2005-ci illərdə Naxçıvan Dövlət Universiteti Tarix-filologiya fakültəsinin Fransız dili ixtisasını, 2005-2007-ci illərdə Naxçıvan Dövlət Universitetinin Magistratura səviyyəsində Dilşunaslıq ixtisasını bitirib. 2006-2014-cü illərdə Babək rayonu Vayxır kənd orta məkəbində İngilis dili müəllimi işləyib, 2014-cü ildən etibarən Naxçıvan Dövlət Universitetinin “Roman-german dilləri” kafedrasında Fransız dili müəllimi kimi fəaliyyət göstərib. Bir sıra beynəlxalq seminarlarda fəal iştirak edib: 2004-cü ildə Fransanın Paris, 2008-ci ildə Bezanson, 2014-cü ildə Bezanson, 2016-cı ildə Belçikanın Brüssel şəhərində, 2018-ci ildə Fransanın Nis şəhərində dil və təkmilləşdimə kurslarında iştirak edib. Müxtəlif illərdə Fransanın Azərbaycandakı səfirliyinin ölkəmizdə təşkil etdiyi kurslarda iştirak edərək sertifikatlar alıb. 2 proqram və 15 elmi məqalənin müəllifi olan Hidayət Əkbərov 2021-ci ildən “Affikslərlə düzələn fransız törəmə sözlərinin leksik-semantik və fuksional xüsusiyyətləri” adlı fəlsəfə doktorluğu dissertasiyası üzərində işləyib. 2023-cü ildən isə kafedranın baş müəllimi olaraq fəaliyyət göstərib.
Mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir, Allahdan rəhmət diləyirik.
Digər xəbərlər