Türkiyədə helikopter xəstəxana binasına çırpılıb, ...
12:18 22.12.2024
0
0
0
NAXÇIVAN :
22 Dekabr 2024, Bazar
"Şərq qapısı"nın verdiyi məlumata görə, 5 sentyabr 2024-cü il tarixdə Türkiyənin İstanbul şəhərindəki Yeditəpə Universitetində Naxçıvan Dövlət Universitetinin də təşkilatçısı olduğu, Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti və Türkmənistanın bir sıra universitetlərinin iştirakı ilə “Türk Dövlətlərinin I Tibb Konqresi (II Tibbi Forum)” öz işinə başlayıb.
Konqresin açılış tədbirində təşkilat komitəsinin koordinatoru prof.dr. Erkut Attar, Yeditəpə Universitetinin rektoru, konqresin həmsədri, prof.dr. Canan Aykut Bingöl, Yeditəpə Universitetinin qurucusu Bedreddin Dalan, Naxçıvan Dövlət Universitetinin rektoru, konqresin həmsədri Elbrus İsayev, Səmərqənd Dövlət Tibb Univetsitetinin rektoru, prof.dr. Cəsur Rzayev, KKTC Yakın Doğu Universitetinin rektoru, prof.dr. Tamer Şanlıdağ, Bişkek Beynəlxalq Tibb İnstitutunun rektoru prof.dr. Samigullina Alfiya, Asfendiyarov adına Qazax Milli Tibb Universitetinin prorektoru prof. Dr. Abılay Baimaxanov, Daşkənd Pediatriya Tibb İnstitutunun prorektoru prof.dr. Səidə Səidxocayeva, Türkmənistan Dövlət Tibb prorektoru, prof.dr. Ayboleki Taçmuxəmmədova, Azərbaycan Tibb Univetsitetinin prorektoru prof.dr. Rauf Bəylərov, Azərbaycan Endoskopik ve Laparoskopik Cərrahlar Cəmiyyəti İB İdarə Heyətinin sədri prof.dr. Müşviq Həsənov çıxış ediblər.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qeyd edib ki, Naxçıvan Dövlət Universiteti olaraq belə bir mötəbər tədbirin təşkilatçıları sırasında olmaq bizə qürur verir. Bu konqres Türk dünyasının tibb sahəsindəki əməkdaşlığını möhkəmləndirmək, ortaq problemlərə həll yolları tapmaq və tibb təhsilinin daha yüksək səviyyəyə qaldırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Bildirilib ki, 2022-ci ildə Naxçıvan Dövlət Universitetində keçirilən I Beynəlxalq Tibbi Forum bizə göstərdi ki, türk dövlətləri tibb elmi və təhsil sahəsində geniş əməkdaşlıq imkanlarına malikdir. Həmin forumda tibb sahəsində çoxsaylı məsələlər müzakirə olunmuş, təcrübə mübadiləsi aparılmış və birgə layihələr üçün zəmin yaradılmışdı. Bu forumun davamı olaraq bu gün burada türk dövlətlərinin qabaqcıl universitetlərinin nümayəndələri ilə bir araya gəlmək və birgə addımlar atmaq bizi sevindirir.
Bugünkü konqres tibb sahəsində qabaqcıl elmi nailiyyətlərin paylaşılması, yeni texnologiyaların tətbiqi, həmçinin Türk dünyasında tibbin inkişafı üçün ortaq strategiyaların müəyyənləşdirilməsi üçün bir platformadır. Biz inanırıq ki, bu tədbir nəticəsində Türk dünyasının tibb sahəsindəki potensialı daha da genişlənəcək və birgə səylərimizlə gələcək nəsillərə daha sağlam və rifahlı bir cəmiyyət bəxş edəcəyik.
Diqqətə çatdırılıb ki, Naxçıvan Dövlət Universiteti olaraq biz bu cür tədbirlərin təşkilində iştirak etməyə davam edəcəyik. Eyni zamanda türk dövlətləri arasında əməkdaşlığın gücləndirilməsi üçün təhsil və elmi-tədqiqat sahəsində daha geniş əməkdaşlıq layihələrinə dəstək verəcəyik.
"Əminəm ki, bu konqres bütün iştirakçılar üçün faydalı olacaq və gələcəkdə türk dövlətlərinin tibb sahəsində yeni uğurlara imza atmasına təkan verəcəkdir” , – deyə çıxışda vurğulanıb.
Konqresin açılışında 2022-ci ildə Naxçıvan Dövlət Universitetində keçirilmiş I Tibbi Foruma həsr olunmuş videoçarx təqdim olunub.
Açılış tədbirinin bədii hissəsində Azərbaycan və Özbəkistan Xalq artisti Gülyanaq Məmmədovanın, “Qarabağ” muğam qrupunun rəhbəri, Xalq artisti, Milli Konservatoriyanın professoru Mənsum İbrahimovun rəhbərliyi ilə muğam heyətinin, Türk Sənət Musiqisinin solistləri Eda Karaytuğ, İlker Çelik, Nigar Akan və digər sənətçilərin ifalarında konsert proqramı təqdim olunub.
Açılış tədbirinin ardınca konqres bölmə iclasları ilə öz işini davam etdirib.
Digər xəbərlər