Naxçıvanda “Pedaqoji Həmrəylik: Təcrübədən Gələcəy...
23:42 21.12.2024
0
0
0
NAXÇIVAN :
22 Dekabr 2024, Bazar
Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Kembric Məktəbində yeni qəbul olunan şagirdlərin valideynləri ilə görüş keçirilib.
Görüşdə universitetin rektoru Elbrus İsayev Prezident İlham Əliyevin təsdiq etdiyi 2023-2027-ci illəri əhatə edən "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın əhəmiyyətinə toxunub. Qeyd edilib ki, bu proqram çərçivəsində Naxçıvan Dövlət Universitetinin beynəlxalq təhsil sisteminə inteqrasiyası və müasir tədris imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Kembric Beynəlxalq Təhsil Sistemi ilə işləyən məktəbin yaradılması isə bu proqramın bir hissəsi olaraq təhsilin keyfiyyətinin artırılmasına xidmət edir.
Rektor çıxışında Beynəlxalq Kembric Məktəbinə 2023-2024 tədris ili üçün 1-ci sinif və 6-cı siniflər üzrə hər biri 40 nəfər olmaqla, ümumilikdə, 80 şagirdin qəbul olunduğunu bildirib. Elbrus İsayev məktəbin Kembric Beynəlxalq Təhsil Sistemi əsasında fəaliyyət göstərdiyini və bu tədris modelinin ölkəmizin digər universitetlərində hələ tətbiq olunmadığını qeyd edib. Rektor valideynləri təbrik edərək şagirdlərin təhsilinə xüsusi diqqət göstəriləcəyini və onların inkişafı üçün lazımi şəraitin təmin ediləcəyini vurğulayıb. Eyni zamanda şagirdlərin psixoloji dəstəklə təmin olunacağını və bunun üçün müxtəlif məşğələlərin keçiriləcəyini bildirib.
Məktəbin direktoru Bayram Əliyev Kembric standartlarına cavab verən tədris laboratoriyaları, kitabxana, idman meydançaları və imtahan mərkəzi haqqında məlumat verib. Bayram Əliyev, həmçinin hazırda məktəbdə 19 müəllimin çalışdığını və onların hər ayın sonunda bacarıqlarının qiymətləndiriləcəyini qeyd edib. Dərs cədvəli və şagirdlərin geyim formalarının dizaynı ilə bağlı da valideynlərə məlumat verilib.
Məktəbin dil siyasətindən danışan direktor bildirib ki, bütün tədris ingilis dilində aparılır və müəllimlərdən IELTS imtahanında ən azı 6.5 bal toplamaq tələb olunur. Bundan əlavə, şagirdlərə Azərbaycan dili və ikinci xarici dilin öyrənilməsi də tədris proqramına daxildir. Müəllimlər üçün də mütəmadi olaraq ingilis dili imtahanları və peşəkar inkişaf imkanları yaradılacaq. Bunun üçün CELTA, Kembric müəllimlər üçün təlimçi sertifikatı, DELTA Modul 1 və Kembric CEFR C2 sertifikatlarına, Kembric məktəblərində 24 illik təcrübəyə malik Fabian Chavezin artıq NDU Beynəlxalq Kembric Məktəbinə dəvət olunduğu vurğulanıb. “Fabian, həmçinin dərslərin akademik keyfiyyətinin ölçülməsi, müəllimlərə konstruktiv feedback-ların verilməsini də həyata keçirəcək”, – deyə çıxışda diqqətə çatdırılıb.
NDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Aidə Cəlilzadə valideynlərə şagirdlərin nailiyyətlərini elektron sistem vasitəsilə izləyə biləcəklərini bildirib. Eyni zamanda tədris müddətində şagirdlərə Kembricdə yay məktəbləri, olimpiadalarda iştirakların təklif ediləcəyi vurğulanıb. Şagirdlərin transferi ilə bağlı məlumatlar da valideynlərin diqqətinə çatdırılıb.
Valideynləri maraqlandıran suallar cavablandırıldıqdan sonra valideynlər məktəbdə tədris üçün yaradılan şəraitlə tanış olublar.
Digər xəbərlər