Yel çərşənbəniz mübarək!
00:06 11.03.2025
0
0
0
NAXÇIVAN :
11 Mart 2025, Çərşənbə axşamı
"Şərq qapısı" xəbər verir ki, 10 mart – Milli Teatr Günü münasibətilə Naxçıvan Dövlət Universitetində tədbir təşkil olunub. İncəsənət fakültəsinin Teatr və mədəniyyətşünaslıq kafedrasının təşəbbüsü ilə keçirilən tədbirdə universitetin rektoru Elbrus İsayev, rəhbər və akademik heyət, eləcə də tələbələr iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi,Teatr və mədəniyyətşünaslıq kafedrasının müdiri, dosent Gülxarə Əhmədova, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, həmin kafedranın müəllimi Adilə Səfərova çıxış ediblər. Natiqlər Azərbaycan teatrının yaranmasının 152-ci ildönümü və bu müddət ərzində keçdiyi tarixi yol, onun inkişafına töhfə verən şəxsiyyətlər barədə məlumatlar verib, NDU-nun Tələbə Teatr Studiyasının fəaliyyətindən bəhs ediblər.
Sonra Aktyor sənəti ixtisasının tələbələrinin iştirakı ilə tədbirin bədii hissəsində müxtəlif tamaşalardan parçalar nümayiş olunub.
Daha sonra Cəfər Cabbarlının “Solğun çiçəklər” əsəri, Sergey Makarovun “İki dünya arasında” pyesi və Nəcəf bəy Vəzirovun “Dələduz” pyesi əsasında hazırlanan tamaşalardan nümayiş olunan hissələr tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Tamaşaların quruluşçu rejissorları Azərbaycan Respublikasının Xalq artisti Kamran Quliyev, Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Tofiq Seyidov, Azər Cəfərlidir.
Sonda universitetin rektoru Elbrus İsayev Azərbaycan teatrının milli mədəniyyətimizdəki rolunun əhəmiyyətini vurğulayıb. Milli Teatrımızın yeni inkişaf yoluna çıxmasında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərini, prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə son illərdə ölkədə teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədlərinin qəbulunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Rektor əlavə edib ki, əlamətdar gün teatr sənətinin yaşadılmasına və gənc aktyorların yetişdirilməsinə töhfə verməklə yanaşı, bu sahənin zəngin irsinin təbliğinə də xidmət edir. Bu əsasda Elbrus İsayev muxtar respublikada, ölkədə və dünyada keçirilən beynəlxalq tədbirlərdə universiteti layiqincə təmsil edən tələbələrin fəaliyyətini yüksək qiymətləndirib. “Tələbələrimizin uğurları bizim üçün əsas ölçü meyarıdır”, – deyən rektor ali təhsil ocağında aktyor sənəti ixtisası üzrə ölkənin tanınmış sənət adamlarının tədrisə cəlbini diqqətə çatdırıb. Rektor Elbrus İsayev Tələbə Teatr Studiyasının işini yüksək qiymətləndirib və Milli Teatr Günü münasibətilə teatrsevərləri, bu sahədə çalışan hər kəsi təbrik edib, yeni yaradıcılıq uğurları arzulayıb.
Digər xəbərlər