NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

Naxçıvan Dövlət Universitetində heç bir ixtisasın illik təhsil haqqı artırılmayıb

...

Naxçıvan Dövlət Universitetində (NDU) yeni tədris ilində bakalavr səviyyəsində 80 ixtisas üzrə kadr hazırlığı həyata keçiriləcək. 
Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən "Şərq qapısı"na verilən məlumata görə, bu ixtisaslarda ödənişli əsaslarla olanların 2025-2026-cı tədris ili üçün illik təhsil haqlarında heç bir artım nəzərdə tutulmayıb. Bu faktı “Abituriyent 4” jurnalının builki və ötənilki nömrələrində olan məlumatlar təsdiqləyir. 
Naxçıvan Dövlət Universiteti ölkə ali təhsil müəssisələri arasında ən aşağı təhsil haqqı təklif edən universitetlərdən biridir. 
Belə ki, ən aşağı təhsil haqqı 1000 AZN təşkil edir. Bu məbləğ Xarici dil müəllimliyi (fransız dili), Xarici dil müəllimliyi (alman dili) və Xarici dil müəllimliyi (rus dili) ixtisaslarında tətbiq olunur. Ən yüksək illik təhsil haqqı isə Tibb ixtisasında müəyyən edilib və 2700 AZN-dir. 
Onu da bildirək ki, NDU-da ötən tədris ilində Tibb ixtisasına qəbul olan bütün tələbələr ödənişsiz əsaslarla təhsil alıb. İki sahə Baytarlıq təbabəti, Torpaqşünaslıq və Aqrokimya ixtisaslarında isə təhsil ancaq dövlət sifarişi ilə həyata keçirilir.

Nəşr edilib : 15.08.2025 17:54