COP29-da Aİ və 25 ölkə kömür elektrik stansiyaları...
13:59 23.11.2024
0
0
0
Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsində Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı və Naxçıvan Milli Dram Teatrın quruluşçu rəssamı Səyyad Bayramovun dramaturq Cəlil Məmmədquluzadənin “Ölülər” əsərinin səhnə tərtibatı haqqında seminarı təşkil olunub.
Seminara başlamazdan əvvəl Azərbaycan Respublikasının Xalq artisti Kamran Quliyev çıxış edərək rəssamın fərdi yaradıcılığı və eləcə də teatr sənəti haqqında seminar iştirakçılarına məlumat verib. Sonra Səyyad Bayramov quruluşçu rəssamı olduğu “Ölülər” əsərinə verdiyi səhnə tərtibatı haqqında söz açıb. Tələbə və müəllimləri maraqlandıran sualları cavablandırıb.
Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin dekanı, dosent Cavid İsmayılov söz alaraq bu cür seminarların təşkilinin vacibliyini vurğulayıb. Rəssama seminarda iştirak etdiyi üçün pedoqoji heyət və tələbələr adından təşəkkürünü bildirib.
Digər xəbərlər