Naxçıvanda sertifikatlaşdırma imtahanında 6 müəlli...
20:42 02.05.2026
0
0
0
“UI GreenMetric World University Rankings 2025”in nəticələri açıqlanıb. Qiymətləndirməyə əsasən Naxçıvan Dövlət Universiteti bu il əhəmiyyətli irəliləyiş əldə edib. Universitet 6435 bal toplayaraq Azərbaycanda qiymətləndirilən 19 ali təhsil müəssisəsi arasında 6-cı pillədə yer alıb.
Qlobal sıralamada isə NDU 1745 universitet arasında 628-ci olub. Bu nəticə universitetin davamlı inkişaf, ekoloji idarəetmə və yaşıl kampus strategiyalarına verdiyi önəmin göstəricisi kimi dəyərləndirilir.
Reytinqdəki irəliləyiş NDU-nun müasir standartlara uyğun təhsil mühiti yaratmaq istiqamətində həyata keçirdiyi layihə və təşəbbüslərin uğurlu nəticəsi hesab olunur.
Digər xəbərlər